Azərbaycan klubundan yeni transfer - – SON DƏQİQƏ

Azərbaycan klubundan yeni transfer - – SON DƏQİQƏ İdman

Mövsümə istədiyi kimi start verə bilməyən “Kəpəz” heyətin gücləndirilməsi prosesini davam etdirir.

News24.az sportinfo.az-a istinadən xəbər verir ki, Qərb təmsilçisinin düşərgəsoinə təxminən 10 gün əvvəl Portuqaliya və Malidən olan iki futbolçunun təşrif buyurduğunu xəbər vermişdik.

Komandanın məşqlərində iştirak edən, “Qəbələ” və “Sumqayıt”la matçları tribunadan izləyən əcnəbilərdən xəbər var.

Əldə etdiyimiz məlumata görə, İqor Rodrigeslə Adama Diane məşqçilər heyəti tərəfindən bəyənilib ki, onların Premyer Liqa üçün sifariş olunmasına dair tapşırıq verilib.

Qapıçı İqorla bağlı Peşəkar Futbol Liqasına müraciət olunub. Bu gün, uzağı sabah transfer xəbəri ictimaiyyətə təqdim olunacaq.

Adama ilə bağlı məsələdə yubanma yaşanır. İş burasındadır ki, hücumçunun peşəkar statusu daşıması ilə baöğlı Malidən məktub gəlməlidir.

Həmin məktubun yubanması “Kəpəz”liləri gözləməyə məcbur edir. Çox güman, sənəd bu həftənin sonuna qədər göndəriləcək və Diane növbəti oyun üçün sifariş olunacaq.

Afrikalı hücumçunun son klubu İranda “Nassaji” olub.

O, daha əvvəl Fransa və Belçikada legioner həyatı yaşayıb.

Adama peşəkar karyerasında meydana çıxdığı 204 görüşdə 49 qol, 13 asistlə yadda qalmağı bacarıb.

Avropalı qapıçının isə son klubu ölkəsində “Feyrense” olub. O, həmçinin Portuqaliyanın “Şaviş”, “Eştoril”, “Sportinq Kovilya” klubunda və “Benfika”nın əvəzedici heyətində çıxış edib.