"Qarabağ"ın qapıçısı 6 ay yaşıl meydanlardan kənarda qalacaq - Video

"Qarabağ"ın qapıçısı 6 ay yaşıl meydanlardan kənarda qalacaq - Video İdman

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev bud-çanaq oynağından əməliyyat olunub.

News24.az xəbər verir ki, həkimlərin rəyinə əsasən, onun müalicə-bərpa müddəti 4–6 ay təşkil edəcək.

Komandanın furbolçusu Joni Montiel arxa bud əzələsinin gərilməsi səbəbindən müalicə olunur. Onun yaşıl meydanlara qayıdışı 7–10 gün ərzində gözlənilir.

Komandanın digər üzvü Kadir Borges isə bərpa prosesinin növbəti mərhələsi olaraq yanvar ayında fərdi məşqlərə başlayacaq.

Hər üç futbolçunun müalicə prosesi klubumuzun tibbi heyətinin nəzarəti altında davam edir.

"Qarabağ"ın qapıçısı 6 ay yaşıl meydanlardan kənarda qalacaq - Video