-
- 10-10-2023, 14:32
- 406
Prokuror "Tərtər işi"ndə təqsirləndirilən dəstəyə 40 il cəza istədi
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində “Tərtər hadisələri” ilə bağlı ittiham olunan polkovnik Vüsal Ələsgərov, sabiq qərərgah rəisi, polkovnik- leytenant Rəşid Niftəliyev, MAXE əsgərlər - Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
News24.az-ın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Vüsal Ələsgərovun 10 il, Rüstəm Ələsgərovun 12 il, Rəşid Niftəliyevin 9 il, Ramil Qarayevin isə 8 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, sözügedən şəxslər hərbi qulluqçulara işgəncə verməkdə, onları qanunsuz azadlıqdan məhrum etməkdə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilirlər.
Vüsal Ələsgərov, Rüstəm Ələsgərov, Ramil Qarayev Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri, Fuad Axundov CM-nin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Samir Əli