Polisi qətlə yetirənlər məhkəmə qarşısında
    • 11-10-2023, 16:10
    • 452

Polisi qətlə yetirənlər məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda kütləvi dava zamanı 2 nəfərin qətlində təqsirləndirilən Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

News24.az-ın məlumatına görə,  hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda şahid ifadələri dinlənilib. 

Xatırladaq ki, hadisə bu il fevralın 11-i saat 2 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, kütləvi dava zamanı İlkin Rzayev və Xəyal Rəhimov qətlə yetirilib. Qətlə yetirilən Xəyal Rəhimov polis əməkdaşı olub.

Daha sonra C.İsayev, R.Hüseynov və R.İsayev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı R.Hüseynov və C.İsayevə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha artıq adamı öldürmə) və 221.3-cü (Xuliqanlıq) və R.İsayevə isə Cinayət Məcəlləsinin və 221.3-cü ( silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Samir Əli