“Robota xına yaxmamışam” – Nazilə Səfərli
    • 11-10-2023, 17:30
    • 239

“Robota xına yaxmamışam” – Nazilə Səfərli

Şairə Nazilə Səfərli "7 tamam" proqramında robot kostyumu geyindirilmiş şəxsə xınayaxdı edilməsinin tənqid olunmasına münasibət bildirib. 

News24.az-a açıqlama verən şairə “robot”a xına yaxmadığını, bu ideayanın verilişə məxsus olduğunu qeyd edib:

“Robot mənim deyil, proqramındır. Mən efirdə xına yaxmamışam, xına olmayıb. Xına mahnısı oxumuşam. Tənqid edənlər nə istəyir? Orada ssenari vardı. Mən də “robot”a deyirəm ki, sənin əlin xına tutmaz . Xınanın mənasını  izah elədim". 

Qeyd edək ki, verilişdə"robot"un başına qırmızı fata taxılıb. Xınayaxdını isə şairə Səfərli həyata keçirib. Sözügedən görüntülər sosial şəbəkədə tənqid edilib. 

Könül İBRAHİM