Keçmiş baş nazir modelin ölümündə təqsirləndirlir - FOTOLAR
    • 23-03-2019, 13:22
    • 845

Keçmiş baş nazir modelin ölümündə təqsirləndirlir - FOTOLAR

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin adı sui-qəsd cinayətində hallanır.

News24.az dünya KİV-nə istinadən xəbər verir ki, buna səbəb bu ilin yanvar ayında qarın sancısı ilə xəstəxanaya yerləşdirilən və orada dünyasını dəyişən Mərakeş əsilli model İmane Fadildir.

M.Fadel bir müddət öncə məhkəmədə Silvio Berluskoni ilə bağlı açıqlama edərək onun cinsi partilər təşkil etdiyini demişdi. O, “Bunga bunga” adlandırılan partiyə 10-dan çox qadının qatıldığını və bunun təriqət ayinlərinə bənzədiyini demişdi.

Bu haqda kitab çap etmək istəyən model, ölümündən öncə yaxınlarına başqaları tərəfindən zəhərlənə biləcəyini deyib.

Hakim Fransesko Qreko sui-qəsd versiyasının gündəmdə olduğu və xəstəxana qeydlərində anormallıqlara rast gəldiyini açıqlayıb.