-
- 12-10-2023, 10:38
- 266
Ərdoğan əsir götürülən bu qız üçün danışıqlara BAŞLADI - FOTO
Prezident Ərdoğanın qarşıdurmaların davam etdiyi İsrail-Fələstin xəttində əsir mübadiləsi üçün HƏMAS ilə danışıqlar apardığı iddia edilib. Girovlar arasında 22 yaşlı Almaniya vətəndaşı Şani Luk da var.
News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.
Məlumatda bildirilir ki, prezident Rəcəb Tayyib Ərdoğan bölgədə gərginliyin daha da artmasının qarşısının alınması məqsədilə girovlarla bağlı danışıqlar prosesinin aparılmasına göstəriş verib.
Qeyd edək ki, İsraildə təşkil edilən hücumda HƏMAS silahlıları tərəfindən öldürüldüyü iddia edilən 22 yaşlı Almaniya vətəndaşı Şani Lukun anası Rikarda məsələ ilə bağlı açıqlama verərək, qızının hələ də sağ olduğunu, ağır yaralandığını və müalicənin davam etdiyini bildirib.
Ülkər ABDURAHMANLI