Azərbaycanlı aparıcı böyrəyini atasına VERDİ
    • 12-10-2023, 17:12
    • 278

Azərbaycanlı aparıcı böyrəyini atasına VERDİ

Aparıcı Zaur Nəbioğlu böyrəyini atasına verdiyini açıqlayıb.

News24.az axşam.az-a istinadən xəbər verir ki, o, bu haqda aparıcılıq etdiyi "Rəngarəng səhər" verilişində danışıb. Atasının ağır xəstə olduğunu deyən Zaur bunları əlavə edib:

"Öz böyrəyimi atama vermək üçün müraciət etdim. O, razı olmurdu, "yox" deyirdi. Əməliyyat olunandan sonra bildi. Əməliyyata görə 6 ay efirdən uzaq qaldım. Allah bütün valideynlərin canını sağ etsin".