Sumqayıtda hamilə qadın qəfil vəfat etdi
    • Bu gün, 10:12
    • 121

Sumqayıtda hamilə qadın qəfil vəfat etdi

Sumqayıt sakini qəflətən vəfat edib.

 News24.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, dünən axşam saatlarında şəhər sakini 1983-cü il təvəllüdlü X.Musayeva yaşadığı evdə qəfil ölüb.

Onun bir neçə aylıq hamilə olduğu bildirilib.

Ölümün dəqiq səbəbi hələlik məlum deyil.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.