-
- 30-06-2018, 12:03
- 1 071
Günaydan təkzib: “Dövlət məmuruyam, nazirəm?”
“Səhər çox sevdiyim bir neçə dostum mənə dedi ki, səninlə bağlı xəbərlər yayılıb. Məlumatı yazan saytları mən oxumuram. Çünki o xəbəri yayanlar reketliklə məşğuldu, Mətbuat Şurası da elə onları qara siyahıya salıb. Bu səbəbdən Azərbaycandan o saytlara girməyə qadağa qoyulub. Bu açıqlamanı dostlarıma görə verirəm. Narahat olmayın, o boş xəbərlərə də inanmayın”.
Bu sözləri müğənni Günay İbrahimli instaqram səhifəsində yazıb. Sənətçi bir neçə mediada yolların ona görə bağlanması, yol polislərinin müşayiəti ilə hərəkət etməsi barədə məlumatları təkzib edib:
“Guya, polis məni müşayiət edib, mənə görə yol bağlanıb? Başa düşmədim! Mən kiməm? Dövlət məmuruyam, nazirəm? Mənə görə yol niyə bağlanmalıdır? Mən Azərbaycan qanunlarına riayət edən bir vətəndaşam. Kimin nə həddinə ki, ölkə qanunlarını poza? Kimin nə həddinə ki, məni qanunu pozan biri kimi qələmə verə, mənə şər ata? Ay gözəl insanlar, tam dəqiqliyi ilə deyirəm ki, belə bir şey olmayıb!!! Siz hər ağıldankəmin xəbərinə inanırsınız?”