Şimali Kipr Prezidenti Fəxri xiyabanı ziyarət etdi
    • 13-10-2023, 09:45
    • 176

Şimali Kipr Prezidenti Fəxri xiyabanı ziyarət etdi

Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 13-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

News24.az report-a istinadən xəbər verir ki, daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.