Rusiya XİN başçısı ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
    • 11-05-2021, 11:28
    • 529

Rusiya XİN başçısı ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan Respublikasında səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov mayın 11-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.

News24.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.