Bakı sakini qətlə yetirildi
    • 13-10-2023, 13:20
    • 230

Bakı sakini qətlə yetirildi

Oktyabrın 13-də saat 12:30 radələrində Sabuçu rayonu Bakıxanov qəsəbəsində 1988-ci il təvəllüdlü Hüseynov Elməddin Ədilxan oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən News24.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, 1984-cı il təvəllüdlü Hüseynov Nəsimi Sətdar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində olub.

Araşdırma aparılır