Nazir bu dəfə Şeyxin yüksək vəzifəli qohumunu işdən ÇIXARDI - FOTO
    • 13-10-2023, 16:24
    • 321

Nazir bu dəfə Şeyxin yüksək vəzifəli qohumunu işdən ÇIXARDI - FOTO

Fövqaladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinin rəisi də vəzifəsindən azad edilib.

News24.az  Qaynarinfo-ya istinadən xəbər verir ki, Tibb Xidmətinin rəisi, polkovnik Əligülov Elçin Vəliağa oğlu öz istəyi ilə işdən azad olunub.

Onun yerinə müvəqqəti olaraq Fövqaladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinin rəis müavini Ərəstun Əliyev təyin edilib.

Qeyd edək ki, polkovnik Elçin Əligülov Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin yaxın qohumudur.