“İŞİD ilə müharibəni mən planlaşdırmışdım, bu, daha pisdir” - Ostin
    • 13-10-2023, 16:50
    • 184

“İŞİD ilə müharibəni mən planlaşdırmışdım, bu, daha pisdir” - Ostin

“İŞİD ilə müharibəni mən planlaşdırmışdım, bu, (İsrail-HƏMAS müharibəsi -red.) daha pisdir”.

News24.az xəbər verir ki, bunu İsraildə səfərdə olan ABŞ-ın müdafiə naziri Llyod Ostin deyib.

Tel-Əvivdə İsrailin baş naziri Benyamin Netanyahu və digər yüksək vəzifəli şəxslərlə görüşən Pentaqon rəhbəri deyib: “Cənab Baş nazir, biz sizinləyik. Dəhşətli bir həftə oldu. Biz bu terror təşkilatının dəhşətli əməllərini gördük. Bildiyiniz kimi, İŞİD-ə qarşı müharibəni ilk planlaşdıran mən olmuşam. Buna görə də, mən İŞİD-i çox yaxşı tanıyıram və bu, İŞİD-də gördüklərimdən daha pisdir”.

Akqabay