Netanyahu: -
    • 10-10-2023, 12:37
    • 278

Netanyahu: - "Qəzzada gördükləriniz başlanğıcdır DAYANMAYACAĞIQ"

“ HƏMAS yaraqlılarına qarşı müharibəni qalibiyyətlə sona çatdıracağıq”.

News4.az  xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciətində deyib.

Hökumət başçısının sözlərinə görə, İsrail indi öz mövcudluğu uğrunda müharibə aparır.

“Bu müharibəni qadınların, uşaqların və qocaların qətlini tərifləyən vəhşilər bizə həvalə ediblər. HƏMAS-ın törətdiyi vəhşiliklər İŞİD-in vəhşiliklərindən sonra görünməmiş bir hadisədir.  Biz həmişə HƏMAS-ın nə olduğunu bilirdik. İndi bütün dünya bilir. HƏMAS İŞİD-dir. Və işıqlı dünya İŞİD-i məğlub etdiyi kimi biz də qalib gələcəyik. HƏMAS  müharibə istəyirdi, buna nail olacaq”, - Netanyahu bildirib.

O qeyd edib ki, İsrail ərazisində hələ də xeyli sayda terrorçu var.

“HƏMAS-a hücum etməyi əmr etmişəm, çünki biz onlara əvvəllər hücum etməmişik. İndi Qəzzada gördükləriniz yalnız başlanğıcdır. Biz yüzlərlə terrorçunu öldürdük və dayanmayacağıq”, - Netanyahu deyib.

Ayşən