-
- 15-10-2023, 10:23
- 741
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çində forumda iştirak edir
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin Xalq Respublikasının ev sahibliyi etdiyi 3-cü "Bir kəmər, bir yol" forumunda iştirak edir.
Mərkəzdən News24.az-a verilən məlumata görə, Pekində iki gün davam edəcək forumda 130 ölkə və 30 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı gözlənilir.
Mərkəzin üzvləri - sabiq prezidentlər - Boris Tadiç (Serbiya), İvo Yosipoviç (Xorvatiya), Mladen İvaniç (Bosniya və Herseqovina), Borut Pahor (Sloveniya), Rosen Plevneliyev (Bolqarıstan), həmsədr İsmayıl Serageldin, BMT Baş Assambleyasının (BA) eks-prezidenti, Ekvadorun sabiq xarici işlər naziri Maria Fernanda Espinosa, mərkəzin baş katibi ilə qatılaraq müxtəlif panel müzakirələrdə çıxışlar edəcəklər.
Oktyabrın 17-18-də Pekində keçiriləcək konfrans Çin Xalq Respublikası Sədrinin təşəbbüsü ilə yaradılan "Bir kəmər, bir yol" Təşəbbüsünün (BRI) 10-cu ildönümünü qeyd edir.
Çin 150-dən çox ölkə və 30-dan çox beynəlxalq təşkilatla "Bir kəmər, bir yol" əməkdaşlıq sənədləri imzalayıb.