Brilliant Dadaşova: “Ayıblarımızı diktatura rejimi örtürmüş?..” - VİDEO
    • 25-03-2019, 15:17
    • 1 340

Brilliant Dadaşova: “Ayıblarımızı diktatura rejimi örtürmüş?..” - VİDEO

Xalq artisti Brilliant Dadaşova həmkarı Flora Kərimovaya dəstək olub.

News24.az xəbər verir ki, ifaçı müğənni Afət Fərmanqızının F.Kərimovanı təhqir etməsinə sərt reaksiya verib: “Bilirsiniz ki, dedi-qodulardan uzaq olmağa çalışmışam. Amma son vaxtlar sözün əsl mənasında sarsılıram. Fikirləşirəm ki, bizim ziyalılarımız nə üçün susurlar... Bu minvalla bizim sabahımız nə olacaq? Gənclərimiz necə böyüyəcək? Kimdən ibrət götürəcəklər? Kimə oxşamaq istəyəcəklər? Bizim sözünü demiş şairlərimiz, bəstəkarlarımız, yazıçılarımız, müğənnilərimiz, aktyorlarımız var. Nə üçün biz susuruq? Nə üçün bizdə artıq böyük-kiçiyə hörmət yoxdur? Sənət insanlarına, şəxsiyyətlərə sayğı itib”.

Xalq artisti çıxışına bunları da əlavə edib: “İş o yerə gəlib çıxıb ki, əlli ildən artıq sənət fəaliyyəti olan, milyonlarla Azərbaycan musiqisini sevənlərin rəğbətini qazanan, bir neçə filmlərimizdə səsi dəfələrlə səslənən Flora xanım təhqir olunur və biz susuruq. Mən bunu bizim menatlitetimizə, milli-mənəvi dəyərlərimizə yaraşdırmıram. Bəzən fikirləşirəm ki, yəni, bizim ayıblarımızı diktatura rejimi örtürmüş? Biz indi müstəqil azad respublikayıq. Bu o deməkdir ki, böyük-kiçiyə olan hörməti itirməliyik? Bunların hamısı ayaq altında qalmalıdır?

İnstagram, televiziya, facebook qarşısında bizim gənclərimiz, körpələrimiz var. Onlar nə olacaq? Kimdən tərbiyə götürəcəklər? Ziyalılarımız artıq susmasınlar.  Buna doğrudan da son qoymaq lazımdır. Bizim səhvimiz haradadır? Bax bunu dəqiqləşdirmək laızmdır”.