ABŞ-də tükürpədici VƏHŞİLİK - 6 yaşlı uşağı müsəlman olduğu üçün ÖLDÜRDÜLƏR
    • 16-10-2023, 10:37
    • 389

ABŞ-də tükürpədici VƏHŞİLİK - 6 yaşlı uşağı müsəlman olduğu üçün ÖLDÜRDÜLƏR

ABŞ-in Çikaqo şəhərində 6 yaşlı müsəlman uşaq 26 bıçaq zərbəsi ilə öldürülüb, anası isə yaralanıb.

News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.

Verilən açıqlamada bildiribdi ki,  ana və oğlu müsəlman olduqlarına görə İrail-Fələstin münaqişəsinin təsirində olan ev sahibləri tərəfindən qətlə yetirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

26 bıçaq zərbəsi alan uşağın dünyasını dəyişdiyi, xəstəxanaya çatdırılan anasının vəziyyətinin ağır olduğu bildirilir.


Hadisəni törədən cinayətkar polislər tərəfindən saxlanılıb.    

Bayden ABŞ-ın İllinoys ştatında müsəlman şəxsiyyətinə görə öldürülən uşaqla bağlı yazılı açıqlama verib.

ABŞ prezidenti Co Bayden 6 yaşlı müsəlman uşağının öldürülməsi və anasının yaralanması xəbərindən sarsıldığını bildirib.

“Müsəlman uşağın öldürülməsindən həyat yoldaşı ilə birlikdə şoka düşdüklərini deyən Bayden nifrət qarşısında susmayacağam”,- deyə, o qeyd edib.

Ülkər ABDUAHMANLI