Sabirabadda 81 yaşlı kişi 44 yaşlı arvadını QƏTLƏ YETİRDİ
    • 4-09-2020, 16:50
    • 1 056

Sabirabadda 81 yaşlı kişi 44 yaşlı arvadını QƏTLƏ YETİRDİ

Sabirabadda 81 yaşlı kişi 44 yaşlı arvadını qətlə yetirib.

Qətl hadisəsi Sabirabad rayonunun Qəzli kəndində baş verib. Həmin kəndin sakini, 1939-cu il təvəllüdlü Eyyubov Yaqub Abas oğlu qısqanclıq zəminində həyat yoldaşı 1976-cı il təvəllüdlü Eyyubova Mətanət Əlihüseyn qızını bıçaqlayaraq qətlə yetirib. Ürək nahiyəsindən 2 bıçaq zərbəsi alan 44 yaşlı qadın xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı Sabirabad rayon prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. /APA/