Su kanalında 55 yaşlı kişinin meyiti TAPILDI
    • 16-10-2023, 13:39
    • 172

Su kanalında 55 yaşlı kişinin meyiti TAPILDI

Şərurda su kanalında meyit aşkarlanıb.

News24.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, oktyabrın 14-də Şərur rayonunun Yengicə kənd sakini 1968-ci il təvəllüdlü Eldar Mirzəyevin meyitinin yaşadığı kəndin ərazisindən keçən su kanalından tapılması faktı ilə bağlı Şərur rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə səbəbi ətraflı araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.