Qaxda 10 gün əvvəl itkin düşən şəxsin meyiti tapıldı
    • 3-08-2023, 17:19
    • 212

Qaxda 10 gün əvvəl itkin düşən şəxsin meyiti tapıldı

Qax rayonunda 31 yaşlı kişinin meyiti aşkarlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən News24.az-a bildirilib ki, iyulun 23-də itkin düşmüş Qax rayonunun İlisu kənd sakini 1992-ci il təvəllüdlü Rəhman Kamallının avqustun 2-də meyitinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır. 

Hadisənin baş vermə halı və şəraiti tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.