Nəqliyyat və rabitə xərcləri ARTIRILIR
    • 16-10-2023, 16:42
    • 299

Nəqliyyat və rabitə xərcləri ARTIRILIR

2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 528 milyon manatı və yaxud 1,4%-i nəqliyyat və rabitə ilə bağlı xərclərinin payına düşəcək.

News24.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 57,6% çoxdur.

Nəqliyyat və rabitə xərcləri iqtisadi fəaliyyət xərclərinin 6,8%-ni təşkil edəcək.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.