-
- 16-10-2023, 19:03
- 473
Minalı əraziyə daxil olmaq istəyənlər SAXLANILDI
Minalı əraziyə daxil olmağa cəhd edən şəxslər saxlanılıb.
DİN-in Mətbuat xidmətinin regional qrupundan News24.az-a bildirilib ki, Tərtər rayonundan digər istiqamət üzrə mina və insan həyatı üçün təhlükəli maddələrdən təmizlənməyən əraziyə daxil olmağa cəhd edən 8 nəfər DİN əməkdaşları tərəfindən müəyyən edilib.
Oktyabrın 15-də günün qaranlıq saatlarında təhlükəli əraziyə daxil olan şəxslər saxlanılaraq polis orqanına gətiriliblər.
Onlar barəsində müvafiq qaydada protokollar tərtib edilib. Tərtib edilən protokollara baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.