Bakıda avtomobillər toqquşdu
    • 17-10-2023, 08:06
    • 279

Bakıda avtomobillər toqquşdu

Bakının Yasamal rayonunda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

News24.az "Report"a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Sabirli Sevinc Hətəmxan qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.