Pərəstişkarları Madonnanı bu konsertə görə TƏNQİD ETDİ
    • 17-10-2023, 13:42
    • 260

Pərəstişkarları Madonnanı bu konsertə görə TƏNQİD ETDİ

Xəstəliyi səbəbindən təxirə salınan dünya turnesinə başlayan Madonna ikinci konsertində də pərəstişkarlarının qəzəbinə səbəb olub. Konsertə gec başlayıb tez bitirən Madonnanın pərəstişkarları 1300 lirə  ödədikləri konsertə üsyan edərək bilet pulumuzu geri verin deyiblər.

News24.az xəbər verir ki, bu barədə “NTV HABER” məlumat yayıb.

"Pop musiqinin kraliçası" ləqəbli 65 yaşlı müğənninin ikinci qastrol günündə pərəstişkarları məyus olublar. Londondakı konsertinə gec başlayan Madonna gecə saat 23:00-da qəfildən konserti bitirib.

Konsertin erkən bitməsinin konsert sahəsində tətbiq olunan musiqi vaxtı məhdudiyyəti ilə əlaqəli olduğu öyrənilib.

Buna baxmayaraq, azarkeşlər qəzəbli paylaşımlar ediblər.

Madonna səhnədə yaşanan çətinliklərə görə üzr istəyib.

Ülkər ABDURAHMANLI