Madonnanın 29 yaşlı yeni sevgilisi - FOTO
    • 3-03-2023, 10:56
    • 194

Madonnanın 29 yaşlı yeni sevgilisi - FOTO

Dünyaca məşhur müğənni Madonna 29 yaşlı boksçu Coş Popperlə sevgilidir.

News24.az xəbər verir ki, bu barədə “Daily Mail” müğənniyə yaxın mənbələrə istinadən xəbər yayıb.

Nəşrin mənbəsinin məlumatına görə, Popper müğənninin övladlarından birinin məşqçisidir.

Müğənninin dostları Madonnanın Coşla münasibətinin sırf işgüzar məsələlərə dayanmadığını vurğulayıblar. 

Madonna bir müddət öncə Popper ilə birgə fotosunu "İnstaqram" hesabında yerləşdirib. Lakin sonradan onu silib.

Bundan əvvəl Madonnanın 23 yaşlı model Endryu Darneldən ayrıldığı məlum olub. Səbəb isə müğənninin Darnelə etimadsızlığı olub. /Spletnik.ru/

Teymur MƏMMƏDOV