"Vaqif Xaçaturyan qulağımı kəsmək istədi"
    • 17-10-2023, 15:48
    • 511

"Vaqif Xaçaturyan qulağımı kəsmək istədi"

"Vaqif Xaçaturyan qulağımı kəsmək istədi".

News24.az-ın məlumatlna görə, bunu Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın məhkəməsində o zaman əsir düşmüş Barat Novruzov deyib.

O bildirib ki, Vaqif Xaçatryan əsirlikdə Armarislə birlikdə onu döyüblər:

"1991-ci ildə müdafiə postunda mən də dayanırdım. Səhərə yaxın postu dəyişdirdim. Postu dəyişən zaman ermənilər bizi atəşə tutdular. Üzərimizə hücuma keçdilər. Biz onlarla danışdıq ki qadınlara yol verin, biz sizə təslim olaq. Lakin bunlar birinci razı olsa da, bacımgili silahla vurdular. Bacım həmin dəqiqə şəhid oldu. Bunların məqsədi kəndi camaatı öldürməklə yanaşı, girov götürmək istəyirdilər. Atamı snayperlə vurararaq öldürdülər. Evimizə sığınıb orada döyüşürdüm. Mən onlarla danışığa getdim ki, qadın qızı buraxın təslim olum. Bunlar razılaşdı. Anamla və balaca bacım da çıxanda onları vuraraq öldürdülər. Evimizi qranadla vurdular. Xəsarət aldım, daha sonra evimizi yandırmağa başladılar. Atamın başına pul qoymuşdular. Bilirdim ki, atamın başını kəsib aparacaqlar. Ona görə çıxdım çölə, məni girov götürdülər".

O bildirib ki, əsirlikdə olan zaman özünü qayadan atıb:

" Kəndin yuxarında balaca təpəlik vardı. Orda bir saniyə vaxt oldu və özümü ordan atım ki, bunların əlindən xilas olum, ölsəm də ölümüm bunların əlindən olmasın. Şükür ki, ölmədim, lakin onlar məni ölmüş bilirdilər. Yaralı-yaralı qonşu kəndə qədər gedib çıxdım. Meşədə Laçın istiqamətinə yeridim. Lakin bir müddət sonra qanitirmədən özümdən getmişəm. Gözümü açanda gördüm ki, Xocalıda işləyən bizim polislər başımın üstündədi.  O vaxta qədər qardaşımın sağ olduğunu bilirdim. Lakin sən dəmə qardaşım da polis şöbəsində gedən döyüşlər zamanı şəhid olub. Mənim 5 ailə üzvüm bunlar tərəfindən amansızlıq öldürülüb".

Samir Əli