Ov tüfəngi ilə baş verən qətlin TƏFƏRRÜATLARI - VİDEO
    • 18-10-2023, 10:08
    • 285

Ov tüfəngi ilə baş verən qətlin TƏFƏRRÜATLARI - VİDEO

Avtomobil təmiri sexində ov tüfəngindən atəş açaraq öz əmisini qətlə yetirib.

News24.az xezerxeber.az-a istinadən bildirir ki, Xətai rayon prokurorluğunun məlumatına əsasən, bu gün 39 yaşlı Elməddin Fətəliyevin 52 yaşlı Arif Fətəliyevi Xətai rayonu NZS qəsəbəsində yerləşən avtomobil təmiri sexində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən bir dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsilə cinayət işi başlanıb, Elməddin Fətəliyev şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.