Bakıda 52 yaşlı kişi güllələnib öldürüldü, QARDAŞI OĞLU SAXLANILDI - YENİLƏNDİ
    • 17-10-2023, 17:05
    • 464

Bakıda 52 yaşlı kişi güllələnib öldürüldü, QARDAŞI OĞLU SAXLANILDI - YENİLƏNDİ

Bakıda 52 yaşlı kişinin güllələnməsi ilə bağlı saxlanılan var.

DİN-dən News24.az-a verilən xəbərə görə, cinayət əməlini törətməkdə şübhəli bilinən A.Fətullayevin qardaşı oğlu 1984-cü il təvəllüdlü Fətullayev Elməddin Yunis oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Hadisə ilə bağlı Xətai rayon prokurorluğu da məlumat yayıb. Məlumata görə, qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb. Oktyabrın 17-də 1984-cü il təvəllüdlü Elməddin Fətəliyevin qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1971-ci il təvəllüdlü Arif Fətəliyevin Xətai rayonu NZS qəsəbəsində yerləşən avtomobil təmiri sexində aralarında yaranmış mübahisə zamanı qohumu Elməddin Fətəliyevi ov tüfəngindən bir dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Arif Fətəliyev şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.


***

Oktyabrın 17-də saat 15 radələrində paytaxtın Xətai rayonu ərazisində 1971-ci il təvəllüdlü Fətullayev Arif Yusif oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən News24.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür. 

Əlavə məlumat veriləcəkdir.