Daha iki HƏMAS komandiri öldürüldü
    • 18-10-2023, 10:56
    • 159

Daha iki HƏMAS komandiri öldürüldü

Son 24 saat ərzində İsrail ordusu Qəzza zolağında onlarla hərbi obyektə zərbələr endirib.

News24.az yerli mətbuata istinadən xəbər verir ki, zərbələr nəticəsində Qəzza şəhəri briqadasının tank əleyhinə raket kompleksinin komandiri Məhəmməd Əlvadiya və HƏMAS-ın dəniz mütəxəssisi Əkrəm Hicazi həlak olub.

 Bundan əlavə, İsrail ərazisinin atəşə tutulmasına rəhbərlik edən bir silah satıcısı da öldürülüb.

Aynurə