İsrail HƏMAS-ın hərbi infrastrukturuna zərbələr ENDİRDİ
    • 7-10-2023, 15:46
    • 649

İsrail HƏMAS-ın hərbi infrastrukturuna zərbələr ENDİRDİ

İsrail ordusu HƏMAS-ın 17 hərbi infrastrukturuna və 4 əməliyyat idarəetmə mərkəzinə zərbələr endirib.

News24.az xəbər verir ki, bu barədə  İsrail Müdafiə Ordusunun (ÇAXAL) mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, İsrailin Hərbi Hava Qüvvələri Qəzza zolağında yerləşən hədəfləri vurub: “Son bir neçə saat ərzində onlarla döyüş təyyarəsi Qəzza zolağında HƏMAS terror təşkilatına məxsus 17 hərbi hədəfə və 4 əməliyyat idarəetmə mərkəzinə zərbələr endirib”.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından radikallar İsrail ərazisinə raket zərbələri endirib. Fələstin tərəfinin kütləvi raket atəşinə cavab olaraq, İsrail ordusu “Dəmir qılınclar” əməliyyatına başladığını elan edib.