Öldürülən müğənninin bacısı canlı yayım açıb bu sözləri dedi - FOTO
    • 18-10-2023, 11:56
    • 428

Öldürülən müğənninin bacısı canlı yayım açıb bu sözləri dedi - FOTO

Qısqanclıq zəminində həyat yoldaşı Anar Həşimov tərəfindən qətlə yetirilən müğənni Yaqut Həşimovanın bacısı Şəlalə Nəriman sosial şəbəkələdə canlı yayım açıb.

News24.az Milli.Az-a istinadən xəbər verir ki, Şəlalə İsgəndərova canlı yayımda açıqlama verərək bu məsələni şouya çevirməməyi xahiş edib.

"Bu məsələni şouya çevirməyin, mən bilmirəm kimə nə deyim", - o, söyləyib.

Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş. O, "Azəristar" yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır. Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var. Hadisə qısqanclıq zəminində törədilib.