Qəzzada vəziyyət nəzarətdən çıxıb - ÜST-dən XƏBƏRDARLIQ
    • 18-10-2023, 12:08
    • 180

Qəzzada vəziyyət nəzarətdən çıxıb - ÜST-dən XƏBƏRDARLIQ

“Qəzza zolağında vəziyyət nəzarətdən çıxıb”.

News24.az “Əl-Cəzirə”-yə istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus “X” sosial şəbəkə səhifəsində yazıb.

“Qəzzada vəziyyət nəzarətdən çıxır. Tibbi yardım almaq üçün gözlədiyimiz hər saniyə həyatlarımızı itiririk. 4 gündür ki, ÜST-nin yardımları sərhəddə ilişib qalıb. Həyati əhəmiyyətli ləvazimatları çatdırmağa başlamaq üçün bizə dərhal giriş lazımdır. Şiddəti dayandırmaq üçün hər tərəfdən dəstəyə ehtiyacımız var”, - ÜST rəhbəri bildirib.

Akqabay