-
- 18-10-2023, 17:43
- 315
Azərbaycanda dairə seçki komissiyaları təşkil edildi
Azərbaycanda seçki dairələri üzrə dairə seçki komissiyaları təşkil edilib.
News24.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bildirilib.
Məsələ barədə MSK sədrinin müavinin Rövzət Qasımov, MSK katibi Arifə Muxtarova və Mikayıl Rəhimov məlumat veriblər.
MSK-nın sentyabrın 19-da keçirilən iclasında seçki dairələrinin yaradılması sxemi və qrafik təsviri təsdiqlənib.
Toplantıda 92 seçki dairəsi üzrə dairə seçki komissiyaları təşkil edilib.
MSK sədri Məzahir Pənahov bildirib ki, 33 seçki dairəsi üzrə dairə seçki komissiyalarının adı və sıra sayı dəyişmədiyindən tərkibi olduğu kimi saxlanılıb.
Seçki komissiyasının sədri, iki katibi dairə seçki komissiyasının birinci iclasında açıq səsvermə yolu ilə seçiləcək. dairə seçki komissiyası 9 üzvdən ibarətdir.
Seçki komissiyasının sədri, iki katibi dairə seçki komissiyasının birinci iclasında açıq səsvermə yolu ilə seçiləcək. Seçki komissiyasının sədri Milli Məclisdə deputatları çoxluq təşkil edən siyasi partiyanı, katiblərin hər biri isə Milli Məclisdə deputatları azlıq təşkil edən siyasi partiyaları və müstəqil deputatları təmsil edirlər.
Məsələ səsverməyə qoyularaq yekdilliklə qəbul olunub.
Qeyd edək ki, MSK-nın sentyabrın 19-da keçirilən iclasında seçki dairələrinin yaradılması sxemi və qrafik təsviri yenidən təsdiqlənib. Seçki dairələrinin yenidən formalaşdırılması, bəzi seçki dairələrinin ləğv olunması, yeni seçki dairələrinin yaradılması nəticəsində seçki dairələrinin ümumi sayı dəyişməyib. Azərbaycanda yenə ümumilikdə 125 seçki dairəsi var.