Şimali Kiprin Prezidenti Azərbaycan xalqını təbrik edib
    • 18-10-2023, 22:36
    • 228

Şimali Kiprin Prezidenti Azərbaycan xalqını təbrik edib

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib.

News24.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkə hesabında paylaşım edib.

“Qədim qardaşlıq bağlarımız olan Can Azərbaycanın 32-ci Müstəqillik Gününü ürəkdən təbrik edir, Prezident İlham Əliyevə və bütün Azərbaycan xalqına uğurlarla dolu firavan günlər arzulayıram”, - paylaşımda qeyd edilib.