88 yaşlı kişi intihara CƏHD ETDİ
    • 19-10-2023, 10:20
    • 148

88 yaşlı kişi intihara CƏHD ETDİ

Oktyabrın 19-da Gülnarə Dadaşovanın qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan News24.az-a verilən xəbərə görə, araşdırma zamanı Yaşar Dadaşovun Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı qohumu Gülnarə Dadaşovanı ov silahından atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Yaşar Dadaşov hadisədən sonra özünü öldürməyə cəhd edib və hazırda xəstəxanada müalicəsi davam edir.