Öldürülən müğənninin anası qətlin səbəbini AÇIQLADI - FOTO
    • 19-10-2023, 10:23
    • 221

Öldürülən müğənninin anası qətlin səbəbini AÇIQLADI - FOTO

"Kürəkənim Anar Həşimov heç yerdə işləmirdi. Qızım ona ərə gedəndə bir ay evdə söz-söhbət oldu. Anar o qədər yalanlar söyləmişdi ki... Qızım Yaqut ona ərə gedəndən xoş günü olmadı. Ayrıl, qoy çıxsın getsin haradan gəlmişdirsə elə ora" deyirdim. Amma Yaqut cavab verirdi ki, ortalıqda Benyamin oğlum var. Sonda da gəldi bu yerə çıxdı. O evi də biz almışıq. Kürəkənim gəlib hazır evdə oturub. Hələ Yaqut ona avtomobil də aldı ki, getsin taksi kimi işləsin”. 

News24.az Bizim.Media-a istinadən xəbər verir ki, bu sözləri həyat yoldaşı Anar Həşimov tərəfindən qətlə yetirilən 43 yaşlı müğənni Yaqut Haşımovanın anası "Günə son” ictimai-sosial verilişinə müsahibəsində deyib. 

Mərhumun anası bildirib ki, bu dəhşətli hadisənin baş verməsinə səbəb kürəkənin onun qızından 30 min manat pul istəməsi olub: 

"Hansı gün Yaqut ona pul verirdisə, o gün onunla xoş davranırdı. Pulu verməyib götürüb evdəki əşyaları doğrayıb, eyvandan aşağa tullayıb. Üç dəfə Yaqut evə polis çağırıb. Gəlib qızımdan 30 min manat pul istəyib. Yaqut niyə ona o pulu verməli idi ki? Sən get özün işlə, o pulu da qazan. Bıçaq qızımın şah damarına necə dəyibsə, damar partlayıb.  Bir də bıçağı atıb  qızımın başının alın hissəsinə. Qızım beynindən əməliyyat keçirmişdi, orada iz qalıb. Bıçaq onun əməliyyat olunan yerinə dəyib.  Qızımı doğmalarım, nəslim-köküm öldürdü”.  

Y.Həşimovanın atası kürəkəninin narkotin alüdəçisi olduğunu söyləyib: 

"Qızım Yaqut deyirdi ki, ata, ərim Anarı evə qeydiyyata sal. Yox cavabını verdim. Zaman gələr görərsən ki, qızım, atan uzaqgörəndir. Kürəkənim Anar o qədər danışırdı ki, o qədər siqaret çəkirdi ki... Gördüm ki, başım fırlanır. Gözlərinə baxıb gördüm ki, içi qıpqırmızı idi. Bildim ki, bu "çəkir”. Gəlib həyat yoldaşıma söylədim ki, kürəkənimiz Anarın həyatı pozulub. O atası kimi olub”. 

Qeyd edək ki, Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş. O, "Azəristar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınıb. 

Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var.