-
- 19-10-2023, 12:57
- 245
HƏMAS-ın ilk qadın üzvü MƏHV EDİLDİ
HƏMAS hərəkatının siyasi bürosuna daxil olan ilk qadın Cəmilə əl-Şanti Qəzzada məhv edilib.
News24.az xəbər verir ki, bu barədə “Arabi21” məlumat yayıb.
Əl-Şanti İsrailin anklav ərazisinə endirdiyi zərbələr nəticəsində öldürülüb.
Əl-Şanti islamçı hərəkatın yaradıcılarından biri olan Abdel Əziz Rantinin arvadıdır. 2004-cü ildə ərinin ölümündən sonra o, siyasi fəaliyyətini davam etdirib.
Xüsusilə, Əl-Şanti Qəzzada Qadın İşləri Nazirliyinə rəhbərlik edib və 2021-ci ildə HƏMAS-ın siyasi bürosunun üzvü olub.
Ayşən