Qənirə Paşayevanın yerinə kim seçiləcək? - Fazil Mustafadan AÇIQLAMA
    • 19-10-2023, 14:34
    • 657

Qənirə Paşayevanın yerinə kim seçiləcək? - Fazil Mustafadan AÇIQLAMA

Ötən ay vəfat edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın səlahiyyətlərini hazırda komitənin sədr müavini Fazil Mustafa icra edir. Hazırda Qənirə Paşayevanı rəsmi olaraq bu vəzifədə kimin əvəz edəcəyi müzakirə olunur. 

Milli Məclisin daxili nizamnaməsinə görə yeni komitə sədrinin seçilməsi ilə bağlı təkliflər deputatlar tərəfindən verilir və Milli Məclisin sədri tərəfindən təkliflər müzakirəyə çıxarılır. 

Yeni komitə sədrinin seçilməsi ilə bağlı deputatlardan hər hansı təklifin irəli sürülüb-sürülmədiyi ilə bağlı Fazil Mustafa ilə əlaqə saxladıq. Millət vəkili News24.az-a açıqlamasında bildirdi ki, hələ ki, bu məsələ ilə bağlı başqa bir situasiya nəzərdə tutuılmayıb.

“Bu kimi məsələlər daxili nizamnaməsinə uyğun şəkildə həyata keçirilir. “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Qanunda da bu öz əksini tapıb. Burada hələ ki, başqa bir situasiya nəzərdə tutuılmayıb. Səlahiyyətlər ənənəvi qaydada sədr olmadıqda müavinlər tərəfindən icra olunur”, - Fazil Mustafa qeyd edib.

Akqabay