“Ata, qisasın alındı” – Modelyer Elnarə Bəkirova
    • 20-10-2023, 10:51
    • 384

“Ata, qisasın alındı” – Modelyer Elnarə Bəkirova

Rəssam-modelyer Elnarə Bəkirovanın atası Kamran Bəkirovu öldürüb quyuya atmaqda ittiham olunan Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesinin başlamasına münasibət bildirib.

News24.az xəbər verir ki, Elnarə məsələ ilə bağlı sosial media hesabında paylaşım edib.

"Ruhun şad olsun, mənim dünyam, rahat yat cənnətində, qisasın alındı. Artıq sən istədiyin kimi olacağam, arzularını reallaşdıracağam. Çünki sənə olan övladlıq borcumu ödədim. İlk dəfədir ki, sənin yoxluğundan sonra qəlbimə bir az da olsa, rahatlıq gəldi, qanın yerdə qalmadı" deyə, modelyer paylaşımında yazıb.

Qeyd edək ki, hadisə aprelin 6-da Sabunçu rayonunda qeydə alınıb.

İttihama görə, 69 yaşlı Kamran Bəkirov pula görə öldürülüb. Araşdırma nəticəsində təqsirləndirilən şəxslərin hadisəni törətdikdən sonra külli miqdarda pul ələ keçirdikləri müəyən edilib. 

Məhkəmə 2 noyabra kimi təxirə salınıb.

Könül İbrahim