Nura Suri tənqid etdi: “Heç kəs serial çəkməsin”
    • 20-10-2023, 11:33
    • 207

Nura Suri tənqid etdi: “Heç kəs serial çəkməsin”

Müğənni Nura Suri yerli serialları tənqid edib.

News24.az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə paylaşım edib. O, ölkəmizdə çəkilən serialların heç bir məna kəsb etmədiyini bildirib: 

"Bizdə çəkilən seriallar bərbaddır. Heç bir mesaj ötürmürlər. Yazılan ssenarilər heç bir məna kəsb etmir. 

Məncə Emil Quliyevdən başqa heç kəs serial çəkməsin. Bu günün ən yaxşı rejissorlarından biri, hətta birincisidir.

Ən səviyyəli serial və verilişlər İTV-dədir.

Türklərin “Kırmızı oda”, “İstanbullu gəlin”, “Çukur”, “Möhtəşəm yüz il" kimi seriallarına baxın. Milli mətbəxdən, tarixdən, ailə dəyərlərindən tutmuş musiqilərinə kimi təbliğat aparırlar. Biz niyə edə bilmirik? Niyə?".

Könül İbrahim