-
- 18-02-2023, 20:28
- 337
"Sizin kimi düşüncəsiz və dərrakəsiz insanların fikri mənə maraqlı olsaydı..."- NURA SURİ
Müğənni Nura Surinin Türkiyədə Star TV-də yayımlanan "Yalı çapkını" serialını tənqid etməsi şəbəkə izləyiciləri arasında birmənalı qarşılanmayıb.
News24.az xəbər verir ki, Nura Suri sosial şəbəkədə bu sözləri yazıb:
"İki gündür bir serial haqqında fikrimi yazmışam, bəziləri əl-ayağa düşüblər ki, özün səkkiz dəfə ərdə olmusan. Niyə serial haqqında belə yazmısan? Birincisi, sizin kimi düşüncəsiz və dərrakəsiz insanların fikri mənə maraqlı olsaydı, hər mövzuda statuslar yazmazdım. İkincisi, yazdıqlarım mənasız olsaydı, saytlar paylaşmazdı və siz özünüzü şərhlərdə həlak etməzdiniz. Yəqin, bir ailənin içində gəlinin qayınata və qayınla, evdə işləyən qulluqçunun oğlu yaşında ev yiyəsinin nəvəsi ilə, atanın öz qız övladlarını pul qarşılığında satması və s. sizin üçün normaldır. Mən türk millətini belə tanımamışam. Bir rejissorun belə bir mövzuda serial çəkməsi, öz millətini belə təbliğ etməsini də başa düşmürəm, düşmək istəmirəm".
Qeyd edək ki, Nura Suri sosial şəbəkədə “Yalı çapkını” serialının o qədər təriflədilər ki, düşündüm ki, mən də baxım, bəlkə dedikləri kimidir. Heç bir xarici filmdə, serialda indiyə qədər belə tərbiyyəsizlik, mənəviyyatsızlıq, qeyrətsizlik görməmişəm. Bu serialı bu qədər bəyənməklərini də anlamadım.
Niyə, belə bir serialın çəkildiyini də. Danışılası deyil, nəinki baxılası”, - deyə vurğulamışdı.