İtkin düşən məşhur aktyor ölü TAPILDI - FOTO
    • 20-10-2023, 12:56
    • 174

İtkin düşən məşhur aktyor ölü TAPILDI - FOTO

Fransanın Beaujolais şəhərindəki bir evdə tapılan cəsədin 2 aydan çox itkin düşmüş məşhur aktyor Marvan Berreniyə aid olduğu üzə çıxıb.

News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Fransada yayımlanan “Plus belle la vie” serialı ilə tanınan məşhur aktyorun ölüm xəbəri şok effekti yaradıb.

Hadisə ilə bağlı Villefranche-sur-aone prokuroru Laetita Francart açıqlama verib.

"DNT analizi cəsədin Marvan Berreniyə aid olduğunu göstərir" 

Qeyd edək ki, məşhur fransız serialında hüquqşünas Abdel Fedela obrazını canlandıran Berreni ölkədə çox məşhur idi. 

Ülkər Abdurahmanlı