"Çukur" serialında yeni məşhur
    • 31-10-2018, 17:25
    • 1 389

"Çukur" serialında yeni məşhur

Daha bir məşhur "Çukur" serialının aktyor heyətinə daxil olub.

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialın ötən bazar ertəsi yayımlanan 40-cı bölümündə məşhur türk aktrisası Şenay Gürlər yer alıb. Meliha rolunu canlandıran aktrisa serialdakı İdris Koçovalı obrazının keçmiş sevgilisidir. Meliha obrazının ortaya çıxması ilə növbəti serialarda sürpriz dolu məqamlar yaşanacaq.
Qeyd edək ki, Şenay Gürlər "Avrupa yakası" serialındakı Fatoş rolu ilə məşhurlaşmışdı.

News24.az