-
- 20-10-2023, 15:01
- 586
7 yaşlı uşaq məktəbdə zəncirlə DÖYÜLDÜ
Adanada 7 yaşlı uşaq məktəbdə eyni yaşda olan dostu tərəfindən zəncirlə döyülüb.
News24.az xəbər verir ki, bu barədə “Sondakika.com” məlumat yayıb.
Adanada 7 yaşlı uşağın atası övladının dostu tərəfindən zəncirlə döyüldüyünü iddia edərək oğlunun məktəbə getmək istəmədiyini qeyd edib.
Uşağın atası bildirib ki, övladı hər gün dərsdən ağlayaraq gələrək döyüldüyünü deyib:
"İlk başda biz ona inanmasaqda bu hadisəni öz gözlərimizlə gördük və məktəb rəhbərliyinə məlumat verdik".
Hadisədən sonra məktəb direktoru və müəllimlər zorakılıq edən uşaqlarla bağlı araşdırmalara başlayıb.
Ülkər Abdurahmanlı