"Kriminal aləm"lə bağlı olan şəxs GÜLLƏLƏNDİ
    • 20-10-2023, 13:37
    • 255

"Kriminal aləm"lə bağlı olan şəxs GÜLLƏLƏNDİ

İmereti bölgəsinin Samtredia bələdiyyəsində qətl hadisəsi baş verib.

News24.az yerli mətbuata istinadən xəbər verir ki, 36 yaşlı Koba Meparişvili yas mərasimindən qayıdarkən atəşə tutulub.

Odlu silahdan açılan atəş nəticəsində 10 gülə yarası alan şəxs yerindəcə keçinib.

Hadisənin digər detalları hələlik məlum deyil. Yayılan məlumata görə, sözügedən şəxs "kriminal aləm"lə əlaqəli olub.

Aynurə