35 yaşlı kişi odlu silahdan açılan atəş nəticəsində ölüb
    • 12-01-2023, 00:12
    • 354

35 yaşlı kişi odlu silahdan açılan atəş nəticəsində ölüb

Xaçmaz sakini odlu silahdan açılan atəş nəticəsində ölüb.

News24.az xəbər verir ki, rayonun Ağyazı Buduq kənd sakini, 1988-ci il təvəllüdlü Apayev Rəşid Nüsrət oğlu odlu silah yarası ilə xəstəxanaya gətirilib, lakin onun öldüyü aşkarlanıb.

Yaxınlarının bildirdiyinə görə, R.Apayev dəniz kənarinda ov edərkən ehtiyatsızlıqdan odlu silahdan atəş açaraq, özü-özünə xəsarət yetirib.

Onun meyiti tibbi ekspertiza olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.