Azərbaycanın həndbol komandaları cavab oyununa çıxacaqlar
    • 21-10-2023, 09:17
    • 156

Azərbaycanın həndbol komandaları cavab oyununa çıxacaqlar

Kişi həndbolçulardan ibarət "Kür" komandası Avropa Kubokunda növbəti oyununu keçirəcək.

News24.az "Report"a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi 1/32 final mərhələsinin cavab matçında Xorvatiyanın "Sesvete" klubu ilə üz-üzə gələcək.

"Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək.

Bir həftə əvvəl Xorvatiyada gerçəkləşən ilk görüşdə rəqib 30:15 hesabı ilə qalib gəlib.

Bundan əlavə, ölkənin bu turnirdəki digər təmsilçisi "Azeryol" da cavab oyununa çıxacaq. Komanda İtaliyada yerli "Brixen" kollektivi ilə qarşılaşacaq. Bu duel Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Ötən gün reallaşan ilk matçda italyanlar 43:22 hesabı ilə qalib gəliblər.