Milli Məclis Azərbaycanla Türkiyə arasında MÜHÜM SAZİŞİ TƏSDİQLƏYƏCƏK
    • 21-10-2023, 13:29
    • 170

Milli Məclis Azərbaycanla Türkiyə arasında MÜHÜM SAZİŞİ TƏSDİQLƏYƏCƏK

Milli Məclis "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi"nin təsdiq edilməsi barədə” qanun layihəsini müzakirə edib.

News24.az-ın məlumatına görə, müzakirə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin oktyabrın 20-də keçirilən iclasında baş tutub.

Müzakirələrdən sonra sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.